Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
11:40
870
Səttar Möhbalıyev Səlim Müslümovu ƏVƏZLƏDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət  Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə FaktXəbər-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasda Komissiyaya yeni sədr seçilib. 

Bildirilib ki, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə görə, Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə Komissiyanın sədri seçilir.

Ardıcıllığa uyğun olaraq Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə Komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.

Qeyd edək ki, indiyədək Komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru