Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2017
11:25
BOS “Qarabağ” - “Çelsi` oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bakı Olimpiya Stadionu (BOS) noyabrın 22-də futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” və İngiltərənin “Çelsi” komandası arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.

BOS-un rəsmi “facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib. Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.

Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : BOS 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 20:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com