Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
10:48
561
Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 27 cərrahi əməliyyat aparılıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri muxtar respublikanın müasir səhiyyə müəssisələrindən olan Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 27 cərrahi əməliyyat aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər. 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Faktxeber.com-a bildirilib ki, cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində xolesistoektomiya, kistoektomiya, hemorroidoektomiya, hernioektomiya və başqa əməliyyatlar aparılıb.

Xəstəxanada spinal anesteziya ilə növbəti yırtıq əməliyyatı da icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evə buraxılıblar. 

Babək rayonunun Aşağı Buzqov kənd sakini Narıngül Qasımova başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də yüksək səviyyədə göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru