Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
10:45
1866
Azərbaycan ordusu düşməni yenidən qorxuya saldı - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.

Gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.

Bölmələrin fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.

Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:36

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru