Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2017
10:21
Hizbullah lideri Ərəb Liqasının terror damğasına cavab verdi

FaktXəbər-in verdiyi məlumata görə, Hizbullah təşkilatının lideri Seyid Həsən Nəsrullah Ərəb Dövlətləri Liqasının fövqəladə toplantısında qəbul edilən qərara münasibət bildirib. O, televiziya vasitəsilə canlı yayımlanan çıxışında deyib ki, Ərəb Birliyinin xarici işlər nazirlərinin Hizbullahı "terrorçu təşkilat" elan edəcəyini təxmin edirmiş və bu qərar absurdur.

Seyid Həsən Nəsrullah həmçinin vurğulayıb ki, Hizbullah təşkilatı heç bir ərəb ölkəsinə ballistik raket verməyib: "İclas bəyannaməsində bizim balistik raketlərə malik olmağımız və bunu kiməsə verməyimiz bildirilib. Əlimizdə balistik raket yoxdur. Yəmən, Bəhreyn, Küveyt və İraq da daxil olmaqla, heç bir Ərəb ölkəsinə silah göndərməmişik. Hizbullahın Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlərlə heç bir əlaqəsi yoxdur. Biz sadəcə Suriyada öz silahımızla döyüşərkən Qəzzaya raket göndərmişik".

Səəd Həririnin baş nazir postundan istefa verməsinə də toxunan Hizbullah lideri siyasətçinin ölkəyə qayıtmasını gözlədiklərini və dialoq təkliflərinə açıq olduqlarını bildirib: "Livanın təhlükəsizliyi üçün ən vacib amil müqavimət və Hizbullahın silahlarıdır. Əgər Livanın təhlükəsizliyini istəyirsinizsə, daxili işlərimizə qarışmayın və İsraili bizə hücum etməsi üçün qızışdırmayın".

Məqalədə : Hizbullah 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14137

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12802

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14195

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13799

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19164

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13668

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13772
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 11:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru