Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Noyabr

2017
14:07
813
Şahin Diniyevi Yunis Hüseynov əvəzlədi - `Kəpəz`də yeni baş məşqçi

“Kəpəz”in yeni baş məşqçisi bəlli olub. Apasport.az saytı xəbər verir ki, Gəncə təmsilçisinin rəhbərliyi Yunis Hüseynovla anlaşıb. Bu barədə əməkdaşımıza Hüseynovun özü məlumat verib.

Hüseynov bu postda Premyer Liqanın XII turu çərçivəsində “Səbail”lə oyundan (2:3) sonra istefaya göndərilən Şahin Diniyevi əvəzləyib. Klubun Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda ona həvalə olunub.

MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Yeni çalışdırıcı komanda üzvlərinə sabah təqdim olunacaq.

Qeyd edək ki, gəncəli olan Yunis Hüseynov məşqçilik karyerasına 2004-cü ildə başlayıb. 52 yaşlı mütəxəssis bu vaxta qədər “Karvan”, “Standard” və “Xəzər Lənkəran” klublarını çalışdırıb.

Məqalədə : Kəpəz Yunis Hüseynov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru