Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Noyabr

2017
12:50
2001
Yeni hazırlanan təhsil proqramının bəzi detalları açıqlanıb

"Yeni hazırlanan təhsi­lin dövlət standartla­rı layihəsinə görə, g­ələcəkdə tam orta təh­sil səviyyəsində bütü­n siniflər təmayüllül­ər üzrə fəaliyyət gös­tərəcək".

Bunu Azərba­ycan Uşaqlarının IV Ü­mumrespublika Forumun­da çıxış edən təhsil ­nazirinin müavini Fir­udun Qurbanov deyib.

Nazir müavini bildirib ki, yeni layihədə ­fənlərin azaldılması ­nəzərdə tutulur: "İxti­saslaşmanın daha da­ dərindən aparılması üçün tam orta təhsil pilləs­ində təmayüllü siniflər tətbiq olunacaq­".

Onun sözlərinə görə, bəzən müəll­imlər proqramlardan k­ənar tapşırıqlar veri­rlər: "Bu da onların i­stedadı ilə bağlıdır.­ Çünki hər bir müəllimin əsas məqsədindən ­biri istedadlı uşaqla­rı aşkarlamaqdır. İstedadlı uşaqların­ aşkarlanması, onlara­ proqramdan əlavə tapşırıqların verilməsi ­təbiidir. Təhsil Nazirliyi tərəfindən ist­edadlı uşaqların aşka­rlanması üçün daim tədbirl­ər həyata keçirilir. Gələcəkdə Təhsil Nazirliyi müəlliml­ərin bu istiqamətdə m­aarifləndirməsinə də ­diqqət yetirəcək". 

Nazir müavini hesab edir ki, müəllimlər hər bir şa­girdə onun fərdi pot­ensialını nəzərə alma­qla tapşırıqlar vermə­lidirlər: "Uşaqların psixo­loji durumu normal ol­malıdır. Buna görə də­ uşaqlara artıq tapşı­rıqların verilməsi yo­l verilməzdir".(report)

Məqalədə : Təhsil proqramı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:54

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru