Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Noyabr

2017
11:04
1359
İsrailli nazir: `Səudiyyə ilə İrana qarşı gizli əlaqə qurmuşuq`

İsrailin enerji naziri Yuval Steinitz diplomatik əlaqəsi olmayan Səudiyyə Ərəbistanı ilə ölkəsinin İrana qarşı birgə narahatlıqlarının varlığını və buna görə də gizli ünsiyyət saxladıqlarını söyləyib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, İsrail ordu radiosuna danışan Steinitz bu əlaqənin nədən gizli saxlanıldığı istiqamətindəki suala, "biz bir çox müsəlman və ərəb ölkələri ilə qismən gizli əlaqələrimiz var və adətən bu əlaqədən utanan tərəf biz deyilik. Bu əlaqələrin gizli saxlanılmasını istəyən qarşı tərəflərdir. Bizim üçün problem deyil, ancaq qarşı tərəfin istəyinə hörmət göstəririk. Bu səbəbdən də gizli saxlayırıq", - şəklində cavab verib.

İsrail rejiminin Baş Qərargah rəisi Qadi Eisenkot da ötən həftə Səudiyyə Ərəbistanın "İlaf" qəzetinə verdiyi müsahibədə, "İrana qarşı Səudiyyə Ərəbistanı və digər mötədil ərəb ölkələri ilə təcrübə və kəşfiyyat mübadiləsinə hazırıq", - demişdi.

Səudiyyə Ərəbistanı ilə İsrail arasında bir çox ortaq maraq olduğunu söyləyən Eisenkot, "ABŞ prezidenti Donald Trumpın liderliyi altında regionda yeni beynəlxalq alyans yaratmaq imkanı var. İran təhdidini aradan qaldırmaq üçün böyük və geniş strateji planı həyata keçirməyə ehtiyacımız var", - deyə bildirmişdi.

O, İranın Yaxın Şərqdəki nüfuzunun həm İsrail, həm də Səudiyyə Ərəbistanı üçün problemli olduğunu irəli sürmüşdü:

"İranın planı iki şiə hilalı ilə Orta Şərqə nəzarət etməkdir. Bunlardan biri İrandan İraqa, oradan da Suriya üzərindən Livana gedir. Digəri isə Bəhreyn və Yəmən üzərindən Qırmızı dənizə uzanır. Bunun reallaşmasının qarşısını almaq məcburiyyətindəyik".

Məqalədə : Səudiyyə Ərəbistanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru