Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Noyabr

2017
10:48
684
Misirdə fətva vermə hüququna məhdudiyyət qoyuldu

FaktXəbər-in verdiyi məlumata görə, əl-Əzhər universiteti və Misirin Fətva qurumu, yalnız 50 alimə fətva vermək və televiziya kanallarında dini veriliş aparmaq səlahiyyəti verib.

Misir Media Koordinasiya Şurasının sədri Məkram Məhəmməd Əhməd verdiyi açıqlama zamanı bildirib ki,  əl-Əzhər universiteti və Fətva qurumu, 50 alimə fətva vermək və televiziya kanallarında dini verlişlər aparmaq hüququ verib.

Sözügedən qərarın ölkədə fətva mövzusundakı qarışıqlığın aradan qaldırılması baxımından son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Əhməd, rəhbərlik etdiyi Media Koordinasiya Şurasının, fətvaların yalnız Fətva qurumu tərəfindən və yazılı olaraq verilməsi məsələsində əl-Əzhər universiteti rəhbərliyi ilə birlikdə işəyəcəklərini bildirib.

Fətva hüququ verilənlərdən 30-u əl-Əzhər universitetindən, 20-si isə Misir Fətva qurumunda olan alimlərdən seçilib.

Məqalədə : Misir 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru