Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Noyabr

2017
10:33
1437
DİM inzibati rəhbər vəzifələr üzrə vakant yerlərə qəbulun nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirilən ilk test imtahanının nəticələri barədə məlumat yayıb. 

DİM-dən FaktXəbər-ə verilən məlumata görə, imtahanda iştirak edən 90 namizəddən AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə isə 4 nəfər olmaqla, ümumilikdə 13 namizəd uğur qazanıb. 

Qeyd edək ki, AB4 altqrupuna inzibati vəzifələrin 5-ci təsnifatı üzrə şöbə müdirinin müavini, AC1 altqrupuna inzibati vəzifələrin 5-ci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, AC2 altqrupuna inzibati vəzifələrin 6-cı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, AC3 altqrupuna inzibati vəzifələrin 6-cı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, AC4 vəzifə altqrupuna inzibati vəzifələrin 7-ci təsnifatı üzrə sektor müdiri, dövlət orqanı rəhbərinin köməkçisi vəzifələri daxildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikat əldə etmək üçün noyabrın 20-dən dekabrın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Sertifikatı əldə etmiş şəxs müvafiq qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.

Qeyd edək ki, dövlət orqanları tərəfindən inzibati rəhbər vəzifələr üzrə (A növü) müsabiqəyə 176 vakant vəzifə təqdim olunub. Onlardan 162-si regionlardadır. İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına aid Əmlak Məsələləri Dövlət Komitəsi üzrə yerli bölmənin müdiri (5 vakant vəzifə ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə yerli bölmələrin müdiri (4 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 107 vakant vəzifə təqdim olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inzibati rəhbər vəzifələrə aid olan 2 sektor müdiri (inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan), 8 yerli bölmə rəhbərinin müavini və 1 yerli bölmədə sektor müdiri vəzifəsi təqdim olunub.

Regionlar üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan vəzifələr üzrə ətraflı məlumatla bu linkdə tanış ola bilərsiniz.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru