Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2017
09:19
Telman İsmayılov: Heç bir cinayətdə əlim olmayıb

FaktXəbər-in verdiyi məlumata görə, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Bu barədə o, “Rusiya 24” telekanalına müsahibəsində bildirib.

Moskvadakı Çerkizov bazarının sabiq sahibi deyib ki, heç bir cinayət törətməyib: “Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb, bunu sübut edə bilərəm. Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm”.

Qeyd edək ki, noyabrın 11-də Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Telman İsmayılov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 08:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com