Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 Noyabr

2017
17:44
1188
Arakanlı ata: `17 yaşlı qızımın təcavüz edilərək öldürüldüyünü gördüm`

Banqladeşdə düşərgələrdə qalan arakanlı müsəlmanların dedikləri Myanmardakı qətliamın miqyasını göstərir.

FaktXəbər-in məlumatına görə, "Anadolu" agentliyinə müsahibə verən 50 yaşl arakanlı Əli Hüseyn Myanmarda qırğınların başlanmasından sonra sentyabrda əsgərlərin kəndlərinə hücum etdiyini və qaçmaq məcburiyyətində qaldıqlarını söyləyib.

Hüseyn, "əsgərlər insanları öldürə-öldürə gedirdi. Meşəyə qaçmaq məcburiyyətində qaldıq. Qaçarkən 17 yaşlı evli qızım Minera Beqanın təcavüz edilərək öldürüldüyünü gördüm. Geri dönüb cənazəsini də götürə bilmədən qaçmaq məcburiyyətində qaldıq", - deyə bildirib.

Əsgərlərin hücumlarının meşədə də davam edəndə kəndlərindən uzaqlaşmaq məcburiyyətində qaldıqlarını söyləyən Hüseyn, bir daha yaşadıqları torpaqlara qayıda bilmədiklərini vurğulayıb.

Banqladeş sərhədinə 13 gündə yağış və palçıqda piyada gəldiklərini bildirən Hüseyn, "yolda yalnız su içdik. 7 nəfərlik ailəmdən yalnız mən və həyat yoldaşım qaldı. Myanmar əsgərlərindən qaçarkən digər uşaqlarımı da itirdim, çünki hücum başlayanda hər kəs başqa səmtə dağıldı. Onlar indi harada, hansı düşərgədədir bilmirəm", - deyib.

Məqalədə : Arakan Myanmnar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 08:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru