Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 Noyabr

2017
17:28
1059
Ərdoğanı hədəf göstərən NATO əsgəri türk mənşəli çıxdı

NATO-nun Norveçdə keçirdiyi təlimdə Atatürk və Ərdoğanı düşmənlə əməkdaşlıq edən casus kimi göstərən Norveç ordusu əməkdaşı vəzifəsindən çıxarılıb. Norveçdəki Birgə Hərbi Mərkəzi Komandanlığı məsələ ilə əlaqədar üzrxahlıq məktubu yayımlayıb.

FaktXəbər-in Türkiyənin NTV kanalına istinadən məlumatına görə, NATO, təlimdə Atatürk və Ərdoğanın hədəf göstərilməsi ilə əlaqədar olaraq bir texniki işçinin və bir zabitin ordudan çıxarıldığını açıqlayıb.

Birinci hadisə Atatürk portreti əlaqədar olub. Texniki işçi düşmən tərəfi təmsil etmək üçün internetdən tapdığı Atatürkün şəkilindən istifadə edib. Təlim zamanı türk zabitlərinin hadisəyə müdaxiləsindən sonra texniki işçi vəzifəsindən çıxarılıb. 

İkinci hadisədə isə NATO daxilindəki sosial media saytı ilə əlaqədar olub. Belə ki, Ərdoğan adından açılan saxta hesabda NATO əleyhinə paylaşımlar edilib. NATO-nun Dəniz Qüvvələri Komandanlığındakı türk zabitlərin bunu müəyyən etməsindən sonra saxta hesabı açan şəxsin türk mənşəli Norveç zabiti olduğu ortaya çıxıb. Sözügedən zabit də ordudan uzaqlaşdırılıb.

NATO baş katibi Jens Stoltenberq də NATO-nun Norveçdəki Trident Javelin təlimində baş verənlərdən xəbərdar olduğunu bildirərək, "bu səhvə görə üzr istəyirəm". açıqlamasında verib.

Rəcəb Tayyib Ərdoğan isə vilayət rəhbərləri ilə keçirdiyi toplantıda bildirmişdi ki, Norveçdə NATO təlimlərində iştirak edən 40 türk əsgər geri çağırılıb. O, özünün və Atatürkün hədəf göstərlməsinə etiraz edərək, "Belə əməkdaşlıq olmaz" söyləmişdi.

Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru