Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2017
16:00
Yol polisi reyd keçirdi - pərdəli maşınlara cərimə kəsildi

Noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub. Həmin tarixdən  yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə,  Şirvan ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə tədbirlər həyata keçirilib.

Bu gün  bir neçə saat ərzində keçirilən reyd zamanı  avtomobillərinin arxa yan şüşələrinə qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüz vuran, sürət həddini aşan, ötmə,  qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokollar tərtib  edilib. 

Şirvan şəhəri ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Məqalədə : cərimə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2045
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 04:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru