Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 Noyabr

2017
14:12
11034
Zeynəb Xanlarova dərman üçün 120 AZN tapa bilməyən Rasim Balayevdən danışdı

FaktXəbər-in verdiyi məlumata görə, bu gün Milli Məclisin növbəti iclasında millət vəkili, dünyaşöhrətli xalq artisti Zeynəb Xanlarova tanınmış aktyor, xalq artisti Rasim Balayevlə bağlı fikirlər səsləndirib.

Zeynəb Xanlarova Rasim Balayevin dərmanları ala bilməməsi ilə bağlı mətbuata verdiyi müsahibədən danışıb.

Deputat bu mövzuda susa bilməyəcəyini qeyd edib: “Mən dinməyə bilmərəm. Mədəniyyətimizə böyük töhfə verən,  qəhrəman haqqında danışmaq istəyirəm. O elə sənətkardır ki, Nəsimini, Babəki  yaradıb. Ona həkim iki dərman yazıb. Onu almağa pulu yoxdur. Mən üzümü Mədəniyyət və Səhiyyə Nazirliyinə tuturam. Bu adam xəstədir. Niyə baxmırlar ona? Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Aldığı pul nədir ki onu da dərmanlara versin?”.

Rasim Balayev isə öz növbəsində Yeniçağ-a verdiyi müsahibəsində millət vəkilinin fikirlərindən təsirləndiyini dilə gətirib və ona minnətdarlığını ifadə edib:

“Zeynəb Xanlarova böyük sənətkardır. Buna görə də sənətkara dəyər verməyi bacarır. Yaxşı ki, Azərbaycanın Zeynəb Xanlarova kimi sənətkarı var. Sağ olsun ki, bizim kimi insanlara dəyər verir. Onun mənim barəmdə söylədiyi gözəl sözlərə görə təşəkkürümü bildirirəm. Mən filmlərə çəkilmək istəyirəm, onda yaxşı qonorar da alacam və həmin pulum da dərmanlara yetəcək. “Nəsimi” filminə çəkildiyim ərəfədə ağır xəstəlik keçirtmişdim, o film məni sağaltdı. İndi də ürəyim istəyən bir filmə çəkilsəm sağalacam, çünki mənim dərmanım kinodur”.

Xatırladaq ki, xalq artisti Rasim Balayev müsahibəsində bildirmişdi ki, Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manatdır. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pul çatdıra bilmirəm.

Məqalədə : Rasim Balayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru