Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2017
10:04
Sabah dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

İmtahanın Bakı şəhəri Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında olacaq. 

İmtahana qeydiyyat noyabrın 17-si saat 18:00-da başa çatacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.Test imtahanına qeydiyyat və digər zəruri məsələlər haqqında aşağıdakı linkdə daha ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/news/events/3493/

Xatırladaq ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı isə 17 dekabrda keçiriləcəkdir və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcəkdir. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://dim.gov.az/news/events/3494/

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61042

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58747

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60487

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60095

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65659

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59924

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60100
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2021 00:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru