Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Noyabr

2017
22:45
855
Zimbabvenin 93 yaşlı prezidenti istefaya getməkdən imtina edib

Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe hərbçilərlə danışıqlar zamanı istefa verməkdən imtina edib.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Röyter xüsusi xidmətlərdəki mənbəyə istinadən bildirib.  

Məlumata əsasən, hazırda hərbçilərin, eləcə də katolik rahibin iştirakıyla Muqabe ilə danışıqlar aparılır.

Prezident bildirir ki, yalnız hakim partiya lideri seçkilərində məğlubiyyətə uğradığı halda istefa verə bilər.

Qeyd edək ki, sabiq baş nazir, müxalifət lideri Morqan Tsvanqirai bundan əvvəl R.Muqabenin ölkənin maraqları naminə istefaya getməsinin zəruri olduğunu bəyan edib.  

Daha əvvəl mətbuatda prezident R.Muqabenin girov saxlandığı barədə məlumat yayılıb. Həmçinin hərbi hissələrdən zirehli texnikaların paytaxt Harare şəhərinə doğru irəlilədiyi bildirilib. Bəzi məlumatlara görə, onlar dövlət teleradio şirkətinin binasını ələ keçiriblər, şəhərdə partlayışların baş verdiyi bildirilib.

Məqalədə : Zimbabve Muqabe 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 08:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru