Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Noyabr

2017
22:14
1182
Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq, güzəştli şagirdlər seçiləcək - YENİLİK

Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçiriləcək.

Bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 10-cu maddəsində (Peşə təhsili müəssisəsi) qeyd edilib.

Qanun layihəsinin 10.12-ci bəndinə əsasən, dövlət peşə təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçiriləcək.

Dövlət peşə təhsili müəssisələrində təqaüdlər təhsilalanlara dövlət hesabına veriləcək.

Qanunvericiliklə müəyyən edilmiş qaydada sosial  müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

1.valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

2.  I, II və III qrup əlillər;

3. münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri;

4. 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

Qanun layihəsi Milli Məclisin yaxın vaxtlarda keçiriləcək plenar iclasında 1-ci oxunuşda müzakirə ediləcək.

Məqalədə : peşə təhsili ödənişli 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru