Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Noyabr

2017
15:53
3321
Evi olmayanlara ŞAD XƏBƏR: güzəştli mənzillərin satışı başlayır

FaktXəbər-in verdiyi məlumata görə, bu günədək "Güzəştli mənzil" elektron sistemində 7 mindən çox insan qeydiyyatdan keçərək elektron kabinetə sahib olub. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının rəhbəri Anar Quliyev bu gün "MİDA"nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, artıq yaxın aylarda Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılacaq: "Ümid edirəm ki, vətəndaşlar artıq 2018-ci ilin yay aylarında ilk güzəştli mənzillərə sahib olacaqlar".

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinə hələlik 9 və 12 mərtəbəli olmaqla 29 bina daxildir. Binalarda 1,2,3 otaqlı mənzillər satışa çıxarılacaq.

Ümumilikdə alıcılara 1854 mənzil təqdim.olunacaq. Bu mənzillərdə aylıq ipoteka ödəməsi 300 manatdan artıq olmayacaq.

Qeyd edək ki, mənzillər haqqında daha ətraflı məlumatları www.yasamal.mida.az saytından əldə etmək olar.//milli.az

Məqalədə : mənzil 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru