Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2017
14:14
1487
Rusiya XİN: `Azərbaycan regiondakı mühüm strateji tərəfdaşımızdır`

Azərbaycan Rusiyanın regiondakı mühüm strateji tərəfdaşıdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

"Rusiya-Azərbaycan əməkdaşlığının əsasını təkcə çoxillik dostluq və qarşılıqlı hörmət ənənələri yox, həm də regional və beynəlxalq gündəmdə olan əsas məsələlər üzrə mövqelərin üst-üstə düşməsi təşkil edir", - M.Zaxarova bildirib.

O, həmçinin bildirib ki, Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirir.

"Rusiyanın ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinə qarşılıqlı məqbul həll yolu tapmaq üçün yardımı davam edir", - o bildirib.

M.Zaxarova Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-21-də Bakı və Yerevana edəcəyi səfərlər zamanı əsas mövzulardan olacağını da vurğulayıb./report

Məqalədə : Zaxarova 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 15:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru