Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Noyabr

2017
12:46
3819
Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb.

2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Və bu zaman 700 ballıq sistem saxlanılacaq.

Yeni model barədə ümumi məlumat verilsə də, bir çox məsələlər, o cümlədən, hər fənndən nisbi balın nə qədər olacağı açıqlanmayıb. O zaman yeni modelin bütün detalları nə zaman açıqlanacaq?.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki, hazırda yeni modelin üzərində iş gedir.

“Artıq yeni imtahan modelinin ilkin variantı ictimaiyyətə məlumdur. Hazırda həmin modelin üzərində araşdırma gedir. DİM-də fənn seminarları təşkil olunub. Həmin seminarlarda imtahanların məzmunu müzakirə olunur, təkliflər irəli sürülür. Bu işlərin hamısı yekunlaşandan sonra artıq konkret olaraq  qərar qəbul olunacaq. Hazırda ekspertlər öz təkliflərini verirlər. Ondan sonra isə yeni qəbul mexanizmi qanunvericilikdə təsdiq olunacaq”.

Xatırladaq ki, yeni qaydalara əsasən, 2019-cu ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurrikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər: 

I qrup

 II qrup

 III qrup

IV qrup

Riyaziyyat

 Riyaziyyat

Azərbaycan dili (rus dili)

Kimya

Fizika

 Coğrafiya

Tarix

(Azərbaycan və Dünya tarixi)

Biologiya

Kimya

Tarix (Azərbaycan və Dünya tarixi)

  Ədəbiyyat

Fizika

Məqalədə : İnternet 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru