Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Noyabr

2017
09:27
2658
Sumqayıtda olay: Avtobuslar daşa, yoxsa gülləyə tutulub? - VİDEO

Sumqayıtda 7 saylı marşrut avtobusu daşa tutulub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya belə deyib. Onun sözlərinə görə, Sumqayıtda silahlı atışma olması ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

O, 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələrinin sındırıldığını söyləyib:

“Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Sosial şəbəkələrdə noyabrın 15-də Sumqayıtda, 17-ci mikrorayon ərazisində silahlı insident olduğu bildirilir. Axşam saatlarında bir nəfər silahlı şəxsin 7 saylı avtobusu atəşə tutduğu deyilirdi.

Meydan TV-nin hadisə yerində olan əməkdaşı bildirir ki, hazırda ərazini polis mühasirəyə alıb. Ətrafda çoxlu sayda polis və mülki geyimli var. Ancaq onlar nə baş verməsi ilə bağlı məlumat vermirlər:

“Əraziyə vətəndaşları və jurnalistləri buraxmırlar. Odur ki, dəqiq nə baş verdiyi məlum deyil. Hərə bir fikir söyləyir. Deyilənə görə, “raqatka”da qurğuşunla avtobusları vurublar”.

Sumqayıtdakı xəstəxanalarda yaralıların olmadığı bildirilib.

3 avtobusun şüşəsi sındırılıb, üzərində deşiklər var. Hadisə şahidləri deyir ki, bu deşiklər daş atılması nəticəsində baş verə bilməz, daha çox güllə yerinə bənzəyir.

Məqalədə : Sumqayıt 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru