Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Noyabr

2017
10:11
564
Livan XİN: Həriri azad olduğunu geri qayıdaraq sübut edə bilər

FaktXəbər-in verdiyi məlumata görə, Livanın xarici işlər naziri Cibran Basil bildirib ki, sabiq baş nazir Səəd Həriri ancaq ölkəsinə qayıdaraq azad olduğunu sübut edə bilər. Livanın XİN rəhbəri "Reuters"ə müsahibəsində deyib ki, Səəd Həriri ölkəsinə qayıtmaqla bir çox suallara aydınlıq gətirmiş olacaq. 

"Onun azad olduğunu sübut edəcək yeganə şey geri qayıtmasıdır. Həririnin ölkəsinə qayıdışı ilə problemi sürətlə və təcili şəkildə həll etməyi ümid edirik",-deyə  Cibran Basil əlavə edib. 

Bu arada Fransa prezidenti Emmanuel Makronla görüşən Livanın xarici işlər naziri vurğulayıb ki, qısa bir zamanda normal normal vəziyyətə qayıtmaq istəyirlər. Livanlı nazir problem bir həftə ərzində həll edilməyəcəyi təqdirdə beynəlxalq hüquq yollarına müraciət edəcəklərini söyləyib.

Məqalədə : Səəd Həriri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru