Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Noyabr

2017
10:05
513
ABŞ-dan rəsmi açıqlama: İŞİD-i təslim olması üçün təxliyə etdik

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ rəhbərliyindəki İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü polkovnik Ryan Dillon, BBC-nin dünən yaydığı məlumatlara münasibət bildirib.

İngiltərənin BBC kanalının İŞİD ilə PKK/PYD arasındakı müqaviləyə dair xəbəri ilə bağlı sualları cavablandıran Dillon, müqavilə çərçivəsində 3 min 500 İŞİD-çi ailəsinin və 300-dən az sayda isə İŞİD terrorçusunun şəhərdən çıxarıldığını bildirib.

O, qeyd edib ki, bu bir təxliyə əməliyyatı idi və terror təşkilatı mənsublarının təslim olması üçün idi. 

Rusiya Müdafiə Nazirliyinin, ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın Suriyanın Əbu Kamal şəhərindən qaçan İŞİD terrorçularına qarşı hücum təşkil etmədiyinə dair iddialarına münasibət bildirən Dillon, "Rusiyanın son zamanlar bəzi uğursuzluqlar yaşadığından dolayı ABŞ rəhbərliyindəki koalisiya haqqında yalanlar uydurur. Rusiya Müdafiə Nazirliyinin açıqladığı demək olar ki, hər şey şübhəli və səhvdir.

Məqalədə : ABŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru