Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
21:56
531
Sabahdan məktəblərə istilik veriləcək - VİDEO

Bakıda yerləşən 307 ümumtəhsil məktəbinə sabahdan istilik veriləcək. Bunun üçün Bakı Şəhər Təhsil İdarəsində monitorinq qrupu yaradılıb və məktəblərdə aşkarlanan problemlər aradan qaldırılıb.

Qazanxanalar, istilik boruları və radiatorlar yoxlamadan keçirilib, istilik mövsümünə hazırlıqlar yekunlaşdırılıb.

Yoxlamalar zamanı istilik sistemində nasazlıq olan məktəblərdən biri də Binəqədi rayonunda yerləşən 115 saylı məktəb olub ki, buradakı problem də həll edilib.

Bakı şəhərində yerləşən məktəblərin 136-sı ''Azəristiliktəchizat'' ASC tərəfindən, 169-u fərdi qazanxanalar, 3-ü isə həm fərdi, həm də mərkəzləşdirilmiş qaydada istiliklə təchiz ediləcək.

Məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ocaqçılar da təlimlərə cəlb edilib. (Xezerxeber)

Məqalədə : məktəb istilik 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru