Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
12:42
585
Prokuror: MTN generalı 7 milyon manat ziyanı ödəməlidir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə prokurorun çıxışının bəzi təfərrüatları məlum olub.

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Fəhmin Hümbətov təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) və zərərçəkənlərə vurulan ziyanın tam ödənilməsini istəyib.

Dövlət ittihamçısı DTX-ya vurulan 7 milyon manatdan artıq ziyanın ödənilməsini tələb edib. Bundan başqa, zərərçəkənlərə vurulan 500 min manatdan artıq ziyanın ödənilməsi istənilib.  

Qeyd edək ki, ötən gün keçirilən prosesdə dövlət ittihamçısı Elçin Quliyevin 15, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini, hərbi rütbələrinin alınmasını və əmlaklarının 4 zərərçəkənin xeyrinə müsadirə olunmasını istəyib.

Proses jurnalistlərin iştirakı olmadan keçirilib.(apa)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru