Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
11:04
897
`Galendewagen`ə piyadanın vurulması barədə yayılan məlumat yalandır

Bakı şəhər Prokurorluğu Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. Bakı şəhər Prokurorluğundan FaktXəbər-ə verilən məlumata görə, məlum yol-nəqliyyat hadisəsinin “Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə yayılan məlumatlar yalandır: “Belə ki, noyabrın 13-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, Aeroport yolunda Bakı şəhər sakini, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü Vəliyev Abbas Əli oğlu idarə etdiyi “Toyoto Parado” markalı, 90-XX-747 dövlət nömrə nişanlı  avtomobillə yolun hərəkət hissəsində piyada, 1971-ci il təvəllüdlü Quliyev Natiq Məmməd oğlunu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, bəzi KİV-də məlum qəza hadisəsinin məmur oğlu tərəfindən “Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə məlumatlar yayılıb.

Məqalədə : Galendewagen 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru