Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Noyabr

2017
21:46
870
Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı - SƏBƏB - VİDEO

Yanacaqdoldurma məntəqələrində 98 markalı super benzinin satışı dayandırılıb.

Super markalı benzini ölkəyə gətirən və satan "SOCAR Petrolium" şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, bu benzinin satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasıdır. Buna görə şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə super benzinin gətirilməsi hələ ki, dayandırılıb.

Üzeyir Həbibbəyli bildirir ki, super benzinin ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər "Aİ 95" kimi tanınan "Premium" markalı benzindən istifadə edə bilərlər. Onun sözlərinə görə, super benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində bahalaşma olmayacaq.

Onu da qeyd edək ki, super benzinin Azərbaycanda istehsalı həyata keçirilmir. Azərbaycan bu benzini Bolqarıstan, Belarus və Rumuniyadan alır. Yeni alınacaq benzin də ölkəyə Rumuniyadan gətiriləcək. Super benzinin ən geci 1 aya sürücülərə təqdim ediləcəyi gözlənilir. (Xezerxeber)

Məqalədə : benzin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru