Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmiş (Dağlı) Musa Ələsgərovun məqaləsi yaradılıb.
Musa Ələsgərov 1888-ci ildə Bərmək (Quba xanlığı) mahalının Xızı kəndində yoxsul bir ailədə anadan olub. 1900-cü ildə Bakıya köçüb. Əmisi Məşədi Məlikin qızı Minəxanımla ailə həyatı qurub. Övladları olmayıb. 1956-cı ildə Bakıda vəfat edib.
"Dağ pişiyi" ləqəbi ilə tanınan Musa Ələsgərov Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. Dağlı Musa erməni neftxudalarına qarşı, xüsusilə də qoçularına qarşı son dərəcə amansız və barışmaz olub.
Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi. O, başqa qoçular və Bakının imkanlı şəxsləri ilə birgə onları adadan qaçırıb, öz vətənlərinə yola salırdı.
1918-ci ildə Bakının erməni-daşnaq işğalından azad edilməsində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə bərabər, həmçinin Bakı qoçularının da rolu olmuşdur. Ermənilər Bakıya hücum edəndə, Dağlı Musa və digər qoçular öz vəsaitləri hesabına aldıqları xeyli silah-sursatı camaata paylayıb, müdafiə dəstələri yaradıblar və özləri də igidliklə döyüşüblər.
Qafqaz İslam Ordusunun komandanı Nuru paşa "Dağ pişiyi"nə ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə yüzbaşı (leytenant) rütbəsi verilməsi haqqında fərman imzalayıb. Dağlı Musa 1920-ci ilin əvvəlində Nuru paşanın dəvəti ilə Türkiyəyə gedərək Ənvər paşaya təqdim edilib. Burada onun şərəfinə təşkil olunan ziyafətdə Ənvər paşanın sərəncamı ilə minbaşı (polkovnik) elan olunub.

MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
07
Dekabr
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
07
Dekabr
İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
07
Dekabr
Fələstin hökuməti Qəzzada Amerika Sahara Xəstəxanasının yaradılmasının əleyhinədir
07
Dekabr- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq
- 20-05-2019 11:29 7 azərbaycanlı uşağın Rusiya faciəsi - FOTO
- 17-05-2019 09:50 İsmayıllı hadisələrinə görə işindən qovulan nazir ABŞ-ın brend traktorlarını satır