Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Noyabr

2017
15:43
5727
Binəli Yıldırım ABŞ-da şiə təhlükəsindən niyə danışıb?

Amerika Birləşmiş Ştatlarına səfər edən Türkiyə baş naziri Binəli Yıldırım CNN telekanalına müsahibəsində qalmaqallı çıxışı ilə yadda qalıb. Binəli Yıldırım deyib: “Şiəliyin geniş yayılması region üçün ciddi təhlükəyə çevrilir”.

Görəsən bir neçə gündür ki, ABŞ-da səfərdə olan Binəli Yıldırımın bu cür məzhəbçi çıxış etməsinə nə səbəb olub? Bəs son illərdə baş verənlər sünni ölkələrinə aiddir, yoxsa şiə və şiələrə yaxın olan ölkələrə? 

Hamıya gün kimi aydındır ki, ABŞ daim dünyada öz müxaliflərini sıradan çıxarmağa can atır. Və bütün bunları müxtəlif bəhanələr, variantlarla həyata keçirir.

Ən ağrılı olanı budur ki, özünü “sünni dünyası” adlandıran ölkələr,  daha doğrusu bu ölkələrə gətirilən rəhbərlər birmənalı şəkildə, Qərb başda olmaqla, ABŞ-ın kuratorluğunu həyata keçirirlər.

Suriyada şiələrə yaxın olan hökuməti devirmək üçün, güya Bəşşar Əsəd diktatordur deyə, on minlərlə başkəsən terrorçunu bu ölkəyə göndərib, olmazın cinayətlər törətdilər. Bir müddət öncə, Suriya olayları başlayarkən Qətərin xarici işlərin nazir olmuş şeyx Həməd bin Casim Ali Sani ABŞ-ın PBS kanalına müsahibəsində etiraf etmişdi ki, Suriyadakı terrorçulara dəstək məqsədilə Vaşınqton, Əmman və Ankara ilə birgə Türkiyədə iki qərargah yaradıblar. 

Bu gün Suriyada baş kəsən cinayətkarlar Ərəb diktatorlarına, ABŞ-a, İsrailə və Türkiyəyə bağlı olan terror qruplaşmalarıdır.

Əl-Qaidə, Taliban, Əş-Şəbab, Boko Haram, İŞİD, Ceyşul-İslam, Təhriruş-Şam və bu kimi terror qruplaşmaları sünni dünyasına aid olsa da, məhz Qərb və onların əlaltıları tərəfindən məzhəb savaşını körükləmək üçün yaradılıblar. Təbii ki, sünni gəncləri aldatmaq üçün saxta müftilərlərdən də dolğun şəkildə yararlandılar. 

Binəli Yıldırımın Səudiyyə rejiminin İsraillə birgə son günlər Livana qarşı qara piyar apardığı bir dönəmdə bu kimi çıxşını təsadüfi saymaq olmaz. Görünür, Türkiyə, müəyyən imtiyazlar müqabilində ABŞ, İsrail və Səudiyyə Ərəbistanının regionda yeni yaratmaqda olduqları atəşin alovlanmasına razılıq verib.

Şiələrin sünnilərə nisbətdə 4 dəfə az olmasına baxmayaraq, onun təhlükə kimi qələmə verilməsinin və İslam dünyasında məzhəb qarşıdurmalarının qızışdırılmasının ən böyük faydasını məhz bunu sifariş verənlər aparır. Ən maraqlısı budur ki, müsəlmanların bir-birinə qırdırılmasını din adıyla həyata keçirdikləri halda, özləri küfr dünyası və kafirlərlə bir cəbhədə yer alırlar.

ABŞ-ın Böyük Yaxın Şərq planının tam olmasa da "uğurlu" tərəfi, məhz sünni dünyasına dəstək adıyla müsəlmanları bir-birlərinin əli ilə qırğın edilməsi oldu.

Nicat Musayev

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru