Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Noyabr

2017
14:53
507
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri 6 mindən çox vətəndaşı öldürüb

FaktXəbər-in "Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya və İraqda 2 mini uşaq və qadın olmaqla, ən azı 6-9 min arası insanın ölümünə səbəb olan bombardmanlar həyata keçirib. Bu barədə "Airwars" monitorinq təşkilatı hesabat dərc edib.

Hesabatda qeyd edilir ki, koalisiya qüvvələrinin 8 avqust 2014-cü ildən 31 oktyabr 2017-ci ilə qədər təşkil etdiyi 2 min 341 hücumda 16-24 min arası mülki vətəndaşın da itkin düşüb.

Qeyd edək ki, hesabata reaksiya verən ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri son üç ildə vətəndaş ölümü ilə nəticələnən 2 min 341 bobardmandan yalnız 706 sivil vətənaşın ölümünə səbəb olan 186 hücumu öz üzərinə götürüb.

2014-2017-ci illər arasında Suriya və İraqda koalisiya qüvvələrinin hücumu zamanı öldürülən mülki şəxslərdən ən az 1241-i uşaq, 739-u isə qadın olub. 4 min 583 və ya daha çox vətəndaş isə bu hücumlar zamanı yaralanıb.

Məqalədə : koalisiya qüvvələri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru