Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Noyabr

2017
11:50
420
İranda baş verən zəlzələdə Azərbaycan vətəndaşları zərər çəkməyib- Baş Konsulluq

İlkin məlumatlara görə, İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə "Report"a Azərbaycanın İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, İranın müvafiq qurumlarından bu barədə məlumat daxil olmayıb. Həmçinin İranda yaşayan və konsulluqda qeydiyyat alınmış Azərbaycan vətəndaşlarından heç kim müraciət etməyib.

Baş Konsulluqdan verilən məlumata görə, Azərbaycan vətəndaşları əsasən təbii fəlakətdən zərər çəkməyən əyalətlərdə yaşayırlar.

Xatırladaq ki, noyabrın 13-nə keçən gecə İran-İraq sərhədində 7,3 balı gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri İranın Sarpol-e-Zahab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə, Yerin 10 km dərinliyində yerləşib. Təbii fəlakət nəticəsində 200-dən çox adam ölüb, təxminən 2500 nəfər yaralanıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru