Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Noyabr

2017
11:22
633
CİA-nın eks-direktoru: Tramp Putindən qorxur

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən qorxur. Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Con Brennam CNN-ə müsahibəsində deyib.

Onun fikrincə, ASİƏ (Asiya-Sakit okean iqtisadi əməkdaşlığı) sammitində görüş zamanı Putin Trampa nisbətdə daha inamlı görünürdü: "Düşünürəm ki, Tramp hansısa səbəbdən, ya Putin tərəfindən hədələndiyi üçün, ya da onun nəsə edə biləcəyindən çəkindiyi üçün ondan qorxur".

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Konqresi Rusiyanın Birləşmiş Ştatlarda keçirilən seçki prosesinə mümkün müdaxiləsini və Trampın Moskva ilə əlaqələrini araşdırır. 

Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru