Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Noyabr

2017
10:51
1026
Səudiyyədə girov saxlanılan Həriri: `Hizbullahın tərksilah edilməsi üçün çalışacağıq` - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Livanın Səudiyyə Ərəbistanında olan istefa vermiş baş naziri Səəd Həriri istefası və Ərəbistanda girov saxlanması ilə əlaqədar sualları cavablandırıb. Səid Həriri dünən gecə Livan telekanallarındann Əl-Müstəqbələ müsahibə verərkən çox həycanlı olub. Bir çox cavabları əlaqəsiz olub və suallardan yayınıb. Müsahibə zamanı bir neçə stəkan su içən Həriri, hətta müsahibə götürən jurnalistin suyunu belə içib. Bundan başqa Həririnin müsahibə vaxtı müsahibə alan jurnalistin arxasında olan şəxsə baxması diqqətdən də yayınmayıb. Müsahibə alan jurnalist öz çəkiliş heyətilə deyil, səudiyyəli heyətlə müsahibə ala bilib.

Səəd Həriri bildirib ki, hal hazırda məntəqədə baş verənlər Libvanın ziyanınadır. Mən də ölkəmin xeyri üçün istefa verdim. Ərəb ölkələrinin sanksiyası və təzyiqi bizim xeyrimizə deyil. Hizbullah hərəkatı ilə siyasi partiya kimi heç bir problemim yoxdur. Lakin Hizbullah Livanı məhv etmək üçün bir amil olmamalıdır. Kral Salman məni öz oğlu hesab edir, vəliəhd Məhəmmədin isə mənə hörməti var. Mən istefa verməyimin doğru olmadığını qəbul edirəm, amma bəzi səbələrə və təhlükəsizliyə görə bunu etdim.

İranı ərəb ölkələrinin işlərinə müdaxilə etməkdə ittiham edən Səəd Həriri bildirib ki, biz Livanın ərəb ölkələrinə qarşı istifadə edilməsinə qarşıyıq. Mən özümü və ailəmi qorumaq istəyirəm. Tezliklə Livana qayıdacam və  konstitusiyaya uyğun olaraq istefa verəcəm.

O sonda qeyd edib ki, Səudiyyə Ərəbistanı hər zaman Livanın yaxşılığını istəyib. Lakin Hizbullah İranın dəstəyi ilə Livanı münaqişələrə çəkir. Bir şərtlə istefamı geri götürürəm. Hizbullah tərəfsiz olsun. Hizbullahın hərbi qanadı müzakirə edilməli və Livan prezidenti bu barədə qərar verməlidir. Hizbullahın tərksilah edilməsi üçün çalışacağıq.

Məqalədə : Səəd Həriri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru