Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Noyabr

2017
10:18
1551
İranda zəlzələ qurbanlarının sayı 328 nəfərə çatıb - FOTO - VİDEO - Yenilənir

FaktXəbər-in verdiyi məlumata görə, İranın qərbində yerləşən Kermanşah şəhərində zəlzələ zamanı ölənlərin sayı 328 nəfər çatıb. Bu barədə "Press TV" məlumat yayıb.

Telekanalın məlumatına görə, təxminən 2,5 min nəfər də xəsarət alıb.

***

FaktXəbər-in verdiyi məlumata görə, İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 210 nəfərə çatıb. Bu barədə “Farsnews” agentliyi məlumat yayıb. Məlumata görə, təbii fəlakət zamanı 2 min nəfərdən çox insan da müxtəlif növ xəsarətlər alıb. 

Ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb.

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.



Məqalədə : İran zəlzələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru