Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2017
22:10
2135
Sürücülərin DİQQƏTİNƏ: Sabah sonuncu gündür - VİDEO

Oktyabrın 12-də yol polisi sürücülərə avtomobilin dövlət nömrə nişanında silinən defis simvollarıyla bağlı xəbərdarlıq etmişdi. Artıq həmin vaxt yekunlaşmaq üzrədir. Daha doğrusu, sabah sonuncu gündür. Avtomobilinin nömrə nişanında silinən defisi bərpa etdirməyən sürücülər həftənin bazar ertəsindən etibarən cərimə ediləcəklər.

Avtomobilin dövlət nömrə nişanında defis işarəsinin pozulmasına görə noyabrın 13-dən etibarən sürücülər cərimələnəcəklər.

Bununla bağlı yol polisi sürücülərə xəbərdarlıq edir. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, sürücülərə verilən 1 ay vaxtın sabah sonuncu günüdür. Birisigündən etibarən bütün avtomobillərin nömrəsi standartlara cavab verməlidir.

Baş Dövlət Yol Polisi İdarəsinin ''Saray'' postunda yol polisləri avtomobilin nömrəsində defis olmayan sürücüləri saxladaraq bir daha onları məlumatlandırıblar.

Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, defisin silinməsinə görə saxlanılan bütün sürücülər bundan xəbərsiz olduqlarını deyirlər.

Bu məsələyə görə saxlanılan bütün avtomobillərin nömrələri polis tərəfindən pulsuz bərpa edilərək yola salınıb. Çəkiliş zamanı hətta qonşusuna məxsus avtomobilin nömrə nişanını rənglədən sürücüyə də rast gəldik.

Baş Dövlət Yol Polis İdarəsindən onu da bildirdilər ki, həftənin bazar ertəsinə qədər avtomobilin nömrəsində olan çatışmazlığı aradan qaldırmayan sürücülər 50 manat məbləğində cərimə ediləcəklər. Cərimə edilmək istəməyən sürücülər istənilən rayonun yol polis şöbəsinə, eyni zamanda Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, stasionar postlarda, hətta yollarda xidmət aparan bəzi patrul avtomobillərinə yaxınlaşaraq həmin problemi aradan qaldıra bilərlər. Bu zaman heç bir ödəniş tələb edilmir. (Xezerxeber)

Məqalədə : avtomobil nömrə cərimə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
42

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
303

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
136

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
124

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 23:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru