Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2017
11:37
BNA iki küçədə nəqliyyat yükünün azaldılması üçün hökumətə təkliflər təqdim edib

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bakıda Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda təhlillər aparıb. BNA-dan FaktXəbər-ə verilən məlumata görə, aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib. Qurumdan bildirilib ki, Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir.

“Bu səbəbdən, hazırda alternativ olaraq Yusif Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır. Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin hazırladığı həll planına əsasən, qeyd edilən ünvanda yaşayan sakinlərin Yusif Səfərov küçəsinə qısa vaxt ərzində rahat çıxışını təmin etmək və yeni salınmış yolun funksionallığını artırmaq məqsədilə, Fəzail Bayramov küçəsinin Babək prospekti ilə kəsişməsinə çatmamış geriyə dönmə yerinin təşkil edilməsi təklif edilir. Bu həll variantının reallaşması Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin Yusif Səfərov küçəsinə rahat çıxışının təmin edilməsinə, yeni salınmış yolun funksionallığının artırılmasına, Babək, Xocalı prospektləri və Afiyəddin Cəlilov küçəsində nəqliyyat yükünün qismən azaldılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanıb.

BNA-dan bildirilib ki, təklif baxılması üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43981

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42266

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43932

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43379

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48918

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43296

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43711
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 21:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru