Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2017
21:56
Səudiyyə Ərəbistanında növbəti kütləvi həbslər

Səudiyyə Ərəbistanının baş prokuroru əl-Mucib Səud kütləvi antikorrupsiya araşdırılması zamanı 208 nəfərin tutulduğunu təsdiqləyib.İlkin qiymətləndirməyə görə, büdcədən 100 milyard dollardan çoc pul oğurlanıb. Baş prokurorun sözlərinə əsasən, sonradan saxlanılanların 7-si azadlığa buraxılıb. 

Hökumət, həmçinin, 1700 bank hesabını dondurub.

FaktXəbər xarici mətbuata istinadən bildirir ki, bununla belə, baş prokuror istintaq sirrinə istinad edərək bu mərhələdə saxlanılanlarla bağlı şəxsi məlumatları açıqlamaqdan imtina edib.

Hökumət tənqidçiləri hesab edir ki, bu əməliyyatlar korrupsiya ilə mübarizə komissiyasına başçılıq edən 32 yaşlı şahzadə Məhəmməd bin Salmanın rəqiblərini aradan qaldırmaq üçün planlaşdırılmış siyasi "təmizləmədir". 

Xatırladaq ki, bazar günü Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salmanın rəhbərliyi altında Korrupsiya ilə mübarizə üzrə Ali Komitə təxminən 40 nüfuzlu şəxsin saxlanılması barədə göstəriş verib. Onların arasında kral ailəsinin üzvləri, nazirlər, hərbçilər və sahibkarlar var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 04:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com