Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2017
21:10
Müdafiə Nazirliyinin təhsil müəssisələrinə döyüş bayraqları təqdim olunub

Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqlarının təqdim olunması mərasimi keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra dövlət himni ifa edilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov mərasim iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş bayraqları ilə bağlı müvafiq təqdimatı şəxsi heyətə çatdırılıb.

Əlamətdar gün münasibəti ilə şəxsi heyəti təbrik edən general-leytenant N.Osmanov Müdafiə nazirinin salamlarını tədbir iştirakçılarına çatdırıb.

Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisləri döyüş bayraqlarını təhvil alıblar.

Təntənəli keçidlə döyüş bayraqları sıra meydanından aparıldıqdan sonra mərasim sona çatıb.

Məqalədə : bayraq döyüş bayraqları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
240

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 13:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru