Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2017
12:47
Venesuelanın Xarici İşlər Nazirliyinin diplomatı Ərbəin yürüşünə qatıldı - FOTO

Venesuela xarici işlər nazirliyinin ümumi əlaqələr üzrə baş direktoru Selka Agudlo Nəcəf-Kərbəla yolunda Ərbəin yürüşündə iştirak edib.

FaktXəbər-in "Eastnews"a istinadən verdiyi məlumata görə, Selka Agudlo səfər barədə təəssüratlarını paylaşarkən bildirib ki, Venesulla xalqının İraq xalqı ilə bağlılıqları var.

Selka Agudlo, "Mən əvvəllər milyonlarla insanın iştirak etdiyi Ərbəin yürüşü görmüşdüm və bu barədə məlumatım var idi. Bu dəfə özüm şəxsən bu yürüşdə iştirak etmək qərarına gəldim. Çox xoşbəxtəm", - deyə qeyd edib.

Jurnalistin, "İmam Hüseyn (ə)-ı tanıyırsınızmı?" - sualına venesullalı diplomat belə cavab verib: "Mən bu səfərimdə İmam Hüseyn (ə) barədə məlumatlar toplayıram. Yol boyu ətrafdakı insanlarla həmsöhbət oluram. Onlar mənə çox maraqlı məlumatlar verirlər. Hamısı İmam Hüseyn haqqında deyirlər ki, o, zülmə boyun əyməyib, zalım hakimiyyətə qarşı mübarizə aparıb. Bu mənim xalqım üçün çox böyük mesajdır. Çünki hazırda ölkəmiz Amerikanın ağır sanksiyaları və təzyiqləri ilə üz-üzədir."

Qeyd edək ki, Ərbəin yürüşü - müsəlmanların üçüncü imamı sayılan Həzrəti Hüseynin (ə) şəhid olmasının qırxıncı günü keçirilən genişmiqyaslı tədbirdir. İmam Hüseynin (ə) şəhid olmasının qırxıncı günü ilə əlaqədar milyonlarla insan Nəcəf şəhərindən Kərbəlaya piyada gedərək bu yürüşdə iştirak edirlər. Bu yürüşdə təkcə şiə müsəlmanları deyil, həm də digər məzhəbdən olan müsəlmanlar, eyni zamanda xristianlar da iştirak edirlər.

Məqalədə : Ərbəin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13662

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12322

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13730

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13319

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18684

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13188

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13311
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 20:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru