Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Noyabr

2017
10:57
564
Elmar Məmmədyarov Efiopiya prezidenti ilə GÖRÜŞDÜ

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mulatu Teşome ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Efiopiyanın dövlət başçısına çatdırıb. Efiopiya Prezidenti M.Teşome Azərbaycan Prezidentinin səmimi salamlarına görə təşəkkür edib, onun da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

M.Teşome iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini və ikitərəfli əməkdaşlığı daha yuxarı müstəviyə qaldırmaq üçün səylərin artırılmasının, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

O, çoxsaylı efiopiyalı tələbələrinin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, həmin məzunların iki ölkə arasında körpü rolunu oynaya biləcəyini deyib.

Nazir minlərlə afrikalı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını, ölkəmizin bu sahəsində Efiopiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ali təhsil müəssisələrimiz, o cümlədən xarici tələbələr üçün əlverişli təhsil imkanları barədə məlumat verib.

Efiopiyanın Afrika qitəsində, eyni zamanda, Afrika İttifaqı təşkilatında əhəmiyyətli mövqeyinə toxunan E.Məmmədyarov ölkəmizin Efiopiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Nazir ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

XİN rəhbəri ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr, habelə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin perspektiv imkanları barədə danışıb. Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək ölkəmizin ədalətli mövqeyini Prezident M.Teşomenin diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması yolları, habelə kommunikasiya və logistika sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə : Elmar Məmmədyarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru