Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Noyabr

2017
15:47
543
Azərbaycan 2022-ci il dünya çempionatının təhlükəsizliyinə dəstək verəcək

Qətərin paytaxtı Dohada "Böyük tədbirlərdə təhlükəsizlik" mövzusunda konfrans keçirilib. Tədbir zamanı Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı zamanı ölkələrarası əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb. Konfrans iştirakçıları mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və terrorizmə qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar. Bildirilib ki, indiyədək böyük tədbirlər təşkil etmiş ölkələrin təcrübələrindən, uğur və dərslərindən birgə yararlanmaq məqsədilə İnterpol tərəfindən "Stadia" layihəsi həyata keçirilməkdədir. Bu layihənin dünyanın təhlükəsizlik ekspertlərinin birgə fəaliyyəti üçün çox vacib alət olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, DÇ-2022-nin tam təhlükəsiz şəraitdə baş tutması üçün bütün lazımi tədbirlərin görüldüyü vurğulanıb. 

İclasa İnterpolun 192 üzv ölkəsindən 65-i qatılıb. Azərbaycanı daxili işlər nazirinin müavini Oruc Zalov təmsil edib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru