Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2017
13:07
Eynulla Fətullayev Lotu Quli ilə birgə – FOTO

FaktXeber.com-un məlumatına görə, tanınmış jurnalist Eynulla Fətullayev Facebook sosial şəbəkəsində  Lotu Quli ilə  çəkdirdiyi fotonu paylaşıb.

“Nəhayət, Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq”, - deyə o, statusunda qeyd edib.

Xatırladaq ki, həbsdə olan və kriminal dairələrdə “Lotu Quli” kimi tanınan Nadir Salifov bir neçə gün öncə Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında azad edilib. Rayon məhkəməsi N.Salifovun vaxtından əvvəl azad olması haqqında vəkilin vəsatətini təmin edib. “Qanuni oğru”nun həbs müddəti 2020-ci ildə qurtarmalı idi. N.Salifov 8 saylı  müəssisədə cəza çəkirdi.

Hazırda “Lotu Quli” Türkiyədədir.

Qeyd edək ki, “Lotu Quli” 20 ildən artıq həbsxanada cəza çəkib. O, 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunaraq həbs olunub.

Məhbəsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 21:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com