Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Noyabr

2017
12:40
624
Diplomatlarımızın əməkhaqları artılır

Diplomatların fəaliyyəti ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər ediləcək.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlament komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı deyib. O bildirib ki, bir sıra sənədlərə, xüsusən "Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyinin maliyyələşməsi təkmilləşdiriləcək: “Bu dəyişikliklərə əsasən diplomatik fəaliyyətin və diplomatların maliyyələşməsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Qanuna ediləcək dəyişikliklər Milli Məclisdə müzakirə olunub, qəbul edildikdən sonra həm XİN-də çalışanlar, həm də diplomatik korpuslarda çalışan diplomatların maaşlarında dürüstləşmə həyata keçiriləcək. Diplomatların maaşlarının dürüstləşməsi üçün ilkin olaraq Maliyyə Naziriliyindən vəsait ayrılması nəzərdə tutulur. Bununla bağlı məsələnin büdcədə indidən əksi tapması yaxşı olardı”. 

Komitə sədri qeyd edib ki, son dövrlər beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır: “Ona görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq onun həcminin artırlmasını təklif edirəm”.

Məqalədə : Diplomatlar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru