Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Noyabr

2017
09:20
711
6 xarici şirkət Azərbaycandakı filiallarını bağlayıb

Bir neçə xarici şirkətin Azərbaycandakı filialı ləğv olunub. Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Belə ki, “HeildelbergCement AG”-nin Azərbaycandakı filialı şirkətin 30 avqust 2017-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verildiyini, ləğvetmə prosesinə başlanıldığını və bununla əlaqədar dövlət qeydiyyatının təsviyyəsini elan edir. Kreditorlar tərəfindən bütün tələblər, bildirişlər, iddialar bu elan dərc olunduğu gündən etibarən iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirilməlidir.

Bundan başqa, “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edir. Bununla yanaşı, “Compass Offices Management Azerbaijan Limited” və “Compass Offices Services Azerbaijan Limited” şikrətləri də ləğv olunub. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına bildirə bilərlər.

“Bushi Consulting Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 188, mənzil 49 ünvanına bildirməlidir.

Bununla yanaşı, “Vitteven+Bos Azerbaijan B.V.” şirkətinin Azərbaycandakı nümayəndəliyi də ləğv edilib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.//apa

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru