Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Noyabr

2017
09:15
969
Rusiyada silah oğurlayan Azərbaycan vətəndaşına hökm oxundu

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Murmansk şəhərində yaşayan Azərbaycan vətəndaşı odlu silah oğurlamaqda müqəssir bilinərək həbs olunub. Bu barədə “Report” məlumat yayıb. Müəyyən edilib ki, müttəhim sərxoş vəziyyətdə olub və ev sahibinin ona fikir verməməsindən istifadə edərək mətbəxdən qəsdən "Sayqa" 410 kalibrli yivsiz lüləli silahın hissələrini və qısa lüləli ov tüfəngini oğurlayıb.

O, oğurladığı əşya ilə hadisə yerindən qaçıb və gödək lüləli tüfəngi tanışının evində gizlədib. Cinayətin üstü Rusiya Daxili İşlər Nazirliyinin Murmansk üzrə İdarəsi tərəfindən isti izlərlə açılıb. Azərbaycanlı yaşadığı mənzildə saxlanılıb. O, günahını tap olaraq etiraf edib və oğurladığı silahları təhvil verib, eyni zamanda dəyən ziyanı ödəyib.

Məhkəmə tərəfindən qərar qəbul olunan zamanı müttəhimin yaşının azlığı, həmçinin əlil qohumlarının olması, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması nəzərə alınıb. Sonda məhkəmə müqəssiri cəzasını ümumi rejimli əmək-islah müəssisəsində çəkmək şərti ilə 1 il müddətinə azadlıqdan məhrum edib. Hökm qanuni qüvvəsinə hələ minməyib.

Məqalədə : Rusiyada azərbaycanlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru