Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2017
21:48
2532
Meyvə qurusunun açıq satışına görə sahibkarları cərimə gözləyir - VİDEO

Bazarda meyvə quruları adətən qablaşdırılmadan satılır. Bu da normativ-texniki sənədlərin tələblərinin kobud şəkildə pozulması deməkdir. Sahibkarları gözləyən cərimədən danışacağıq.

Qablaşdırılmadan satışa çıxarılır, heç bir gigiyena qaydalarına riayət olunmur. Bazarlardakı quru meyvələrin əksəriyyəti normativ-texniki tələblər kobud şəkildə pozulmaqla alıcılara təklif olunur. Əvvəllər püstə, ərik, alça, gavalı və üzüm kimi meyvə quruları məşhur idisə, indi piştaxtaları portağal, ananas, armud, gilas kimi meyvə quruları da bəzəyir. Azərbaycanda quru meyvələrin keyfiyyəti normativ-texniki sənədlə tənzimlənir. Müvafiq qaydalara əsasən, qablaşdırılmayan məhsul açıq şəkildə satışa çıxarıla bilməz.

Normativ-texniki sənədlərin tələblərinə əsasən, quru meyvələrin qablaşdırmasında istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, növü, çəkisi, istehsal tarixi, yararlılıq müddəti, enerji dəyəri və texniki sənədləşdirmənin nömrəsi barədə məlumatlar qeyd edilməlidir. Bu gün isə kustar üsulla qurudulan meyvə quruları də alıcıya təklif olunur.

Əslində isə məhsul toxum vəziyyətindən yetişənə qədər fitosanitar nəzarəti altında olmalıdır. Bazara çıxarıldıqdan sonra isə baytar həkim ona rəy verməlidir. İstehsal sahəsində qablaşdırılması üçün isə müvafiq orqanlardan icazə tələb olunur. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, bu məhsulu satışa çıxaranlar məsuliyyət daşıyırlar.

Mütəxəssislərə görə, keyfiyyətli quru meyvələr bütöv olmalı, üzərində çatlar olmamalı və ziyanvericilərin təsirinə məruz qalmamalıdır. (Xezereber)

Məqalədə : meyvə qurusu cərimə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
256

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1875

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
402

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1341

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
471
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 08:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru