Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Cari ilin 9 ayı ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
İcmalda deyilir ki, yanvar və fevral ayının birinci yarısında bahalaşan dollar fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 2016-cı ilin sonuna dolların manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 manata qalxıb, 27.09.17 tarixində isə minimum həddinə - 1.7002 manata enib.
AMB bildirir ki, 2017-ci ilin 9 ayının sonuna manata nəzərən dollar ilin əvvəlindən 4% ucuzlaşıb. Hesabat dövründə 1 dolların manata qarşı orta günlük rəsmi məzənnəsi isə
1,7279 manat təşkil edib.
Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 0,5% bahalaşıb.
Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 30 sentyabr 2017-ci il tarixinə AMB-nin xarici valyuta ehtiyatları 5,2 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyib.
- 25-04-2018 11:13 Azərbaycanda karbamid istehsalına başlanılacaq
- 25-04-2018 09:24 Xarici valyutaların manata qarşı məzənnələri
- 24-04-2018 22:21 Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək
- 24-04-2018 20:28 Dolların sabaha olan məzənnəsi
- 24-04-2018 12:37 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
- 24-04-2018 10:51 Azərbaycan neftinin bir barreli 75,25 dollara satılır
- 24-04-2018 09:55 Xarici valyutaların manata qarşı məzənnələri
- 24-04-2018 09:23 Qızıl və neft bahalaşıb
- 23-04-2018 16:04 Üç ayda Azərbaycana 151 ölkədən 629,4 min əcnəbi gəlib
- 23-04-2018 11:53 Dünya Bankı: Azərbaycanda iqtisadi artım gözlənilir
- 23-04-2018 09:52 Xarici valyutaların manata qarşı məzənnələri
- 21-04-2018 12:57 "Azeri Light"ın bir barreli 74,96 dollara satılır
- 21-04-2018 11:15 Çinlilər Azərbaycana daha çox gələcək
- 21-04-2018 09:22 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib
- 20-04-2018 15:46 Tramp: Neftin qiyməti süni şəkildə qaldırılıb
- 20-04-2018 11:05 "Atrabank" və "Zaminbank"ın əmlakı satılır
- 20-04-2018 10:52 Azərbaycan neftinin bir barrelinin qiyməti 76 dolları keçib
- 20-04-2018 09:36 AZN məzənnələrin tam siyahısı - 20.04.2018
- 20-04-2018 09:26 Qızıl ucuzlaşıb, neft bahalaşıb
- 19-04-2018 20:49 Nazir: “Hərbi əməliyyatlar zamanı həlak olan 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”
- 19-04-2018 20:14 Dolların sabaha olan məzənnəsi
- 19-04-2018 15:30 Rusiya ABŞ-dan kompensasiya tələb edib
- 19-04-2018 12:55 Vahid Ələkbərov "Forbesin" beşliyində
- 19-04-2018 12:39 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
- 19-04-2018 11:30 Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatı verilib

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
25-04-2018 16:49
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]