Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2017
11:36
`Apple`nin vergidən necə yayındığı üzə çıxdı: 252 milyard dollar gizlədilib

FaktXəbər-in verdiyi məlumata görə, dünyanın ən nəhəng şirkətlərindən biri sayılan "Apple"nin milyardlarla dollar dəyərində vergidən yayınması ilə bağlı gizli sənədlər ortaya çıxıb. Bu barədə ictimaiyyətə "Paradise Papers" gizli sənədlər açıqlayıb.

Sənədlərdə "Apple" şirkətinin indiyə qədər necə vergidən yayınması və 2013-ci ildə vergi yoxlamalarından  necə xilas olması qeyd edilir.

"BBC" xəbər verir ki, milyardlarla dollar məbləğində pul üçün "vergi cənnəti" axtaran "Apple", Nyu-Cersidə yerləşən Channel adasına 252 milyard dollar aparıb. Həmin pullardan isə bu günə kimi heç bir vergi tutulmayıb.

Məlumata görə, məşhur şirkət son 3 ildə yalnız 35 milyard dollar vergi ödəyib. "Apple" şirkəti 2014-ci ilə qədər ABŞ və İrlandiyanın vergi qanunlarında olan hüquqi boşluqdan istifadə edib. Şirkət İrlandiyadakı paylarına görə 12.5 faiz, ABŞ-dakı paylarına görə isə 35 faiz şirkət vergisi ödəməli olduğu təqdirdə, qanunların çatışmazlığından istifadə edib 2-2,5 faiz arasında vergi ödəməyə müvəffəq olub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "Apple" 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 12:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com