Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2017
11:31
4977
Eldar Mahmudov bu həftə həbs olunacaq - FOTO

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 6-da 5 saat ərzində müstəntiq tərəfindın dindirilib. 

FaktXəbər məlumat verir ki, “Yeni Müsavat”ın yazdığı xəbərə görə, sabiq nazir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə dindirililib. 

Bundan əvvəl Baş Prokurorluq E.Mahmudovun əmisi oğlu, faktiki köməkçisi, “qara kassası” olmuş, de-yure isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudov eyni iş üzrə istintaqa çağırılıb və təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub. Bakı Hərbi Məhkəməsinə aparılaraq barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Məsələ ilə bağlı gununsesi.info-nun əldə etdiyi informasiyada deyilir ki, sabiq MTN şefi noyabrın 6-da cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb.

Qəzet yazır ki, keçmiş milli təhlükəsizlik naziri yaxın günlərdə yenidən Baş Prokurorluğa çağırılacaq. Və həftə sonu istintaqa çağırılacaq E. Mahmudova ittiham elan edəcəklər. Sabiq nazirin əmisi oğlunun təqsirləndirildiyi iş üzrə əsas fiqur olması haqda ifadələrin də olduğu bildirilir.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, sabiq nazirlə bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.

Məqalədə : Eldar Mahmudov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1180

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1348

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1797

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1090

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1446

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1180

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1794

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1231
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 18:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru